Суббота, 16.12.2017, 00:54
| RSS
Главная страница
Меню сайта
Разделы новостей
Music [251]
Mp3 musiqilər
Video [194]
Kliplər və video roliklər
Foto [88]
Photolar ve Divar kağızları
Xəbərlər [83]
Minuslar [19]
Yerli və xarisi minusovkalar
Наш опрос
№1 Bozbaş müğənni kimdir?
Cavablar: 3948
Форма входа
Календарь новостей
«  Январь 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Поиск по новостям
Друзья сайта


YouTube.com
videolar










Orijinal Minusovkalar

W.Trio - Ay ləli
Ayan Babakişiyeva
Aygün Kazımova


Adminlə əlaqə


Статистика
null
Начало » 2010 » Январь » 18 » Rza Zərrab: “Günel məni aldatdığı üçün ondan ayrıldım”
Rza Zərrab: “Günel məni aldatdığı üçün ondan ayrıldım”
Rza Zərrab: "Günel məni aldatdığı üçün ondan ayrıldım”

İş adamı Azəri Günelin atasının iştirakı ilə alınan müsahibədə müğənnini biabır etdi
Türk müğənnisi Ebru Gündəşin hazırkı, Günelin sabiq sevgilisi, Azərbaycan əsilli iş adamı Rza Zərrab qalmaqal doğuracaq açıqlamalar verib.
Lent.az-ın "turuncutime.com” saytına istinadən verdiyi məlumata görə, müsahibə Rza Zərrabın ofisində hazırlanıb və həmin vaxt ora Günelin atası Rəhman Zeynalov da gəlib.
Jurnalist Tunc Ərdən Yaxar uzun müddətdir, medianın axtardığı Zərrabla böyük müsahibə hazırlayıb.
"Ötən həftə Azəri Günellə axşam yeməyində etdiyim söhbətimizi müsahibə şəklində yazdım və aləm bir-birinə dəydi. Mən həmin müsahibədə yalnız Günelin söylədiklərini yazmışdım. Ötən gün gecə saat 02.37-də telefonuma zəng gəldi, zəng edən Rza Zərrab idi. Günellə müsahibəm onu narahat edib "madəm belə bir müsahibə vermisiniz, onda mən də cavab haqqından istifadə etmək istəyirəm” dedi. Ertəsi gün görüşmək üçün razılaşdıq, mən onun ofisinə getdim. Günelin atası Rəhman bəy də gəldi və üçümüz görüşdük. Onu da qeyd edim ki, Rza Zərrabın neft milyonçusu olduğunu deyirdik, elə deyilmiş. Onun neftlə heç bir əlaqəsi yoxdur. İran əsilli Zərrab gəmi inşaatı ilə məşğuldur”, - deyə jurnalist müsahibənin əvvəlində qeyd edib.
"Günelə hər ay təxminən 125 min dollar xərcləmişəm, təkcə kasetinə 350 min dollar vermişəm”
Ebru Gündeşin tanınmış və kifayət qədər zəngin müğənni olduğunu deyən Rza Zərrab Günelin türk müğənni üçün 4 milyon dollar xərclədiyi barədə söylədiklərini yalan adlandırıb. O, 1 il əvvəl Ebru Gündeşlə evlənərək ömürlərinin sonlarına qədər birgə yaşamaq qərarına gəldiklərini və türk müğənni üçün 1 lirə belə xərcləmədiyini söyləyib.
Rza Zərrab Günellə birgə olduğu 8 il ərzində isə ona 4 milyon dollardan da çox pul xərclədiyini və bunu sübut edə də biləcəyini dilə gətirib. O, hər ay Günelə orta hesabla 125 min dollar xərclədiyini və bank sənədlərində də bunun yer aldığını nəzərə çatdırıb. Rza Zərrab Günelin tək son albomuna 350 min dollar xərc çəkdiyini qeyd edib və həmin albomu hazırlayan Sezgin bəyi də otağına çağıraraq bunu sübut edib.
"Günel jurnalistləri aldatdı”
O, Günelin son açıqlamasında Ebru Gündeşi aşağılamasının səbrini daşırdığını və bu səbəbdən birinci və sonuncu dəfə hər şeyi çılpaqlığı ilə dilə gətirdiyini vurğulayıb. Günelin atası Rəhman Zeynalovun "bunu sənə zorlamı etdirdik?” sualına cavabında isə deyib ki, həmin vaxt Günellə birgə olub və ona qadını kimi baxmaq insanlıq və kişilik vəzifəsi olub: "Halal xoşu olsun. Mənim keçən həftə Günelin evinə getməyim barədə məlumat da yanlışdır. Günelin evindən 15 metr kənarda səsyazma studiyası var. Mediada yayımlanan foto da orada çəkilib. Bu Rəhman bəy, bu da mən”.
Günelin atası da Rza Zərrabın bu sözlərini təsdiqləyir. Rza Zərrab məsələnin sensasion bir məqamını da açıqlayır: "Rəhman bəy, həmin şəklin çəkildiyi gün sən məni dəfələrlə arayıb, yeməyə dəvət etdin. Mən də sənə dedim ki, əsla gəlmərəm, sənin qızın yenə bir oyun oynar, oraya qəzetçiləri çağırar, gəlmirəm”.
Günelin atası da bunu təsdiqləyir: "Bəli, söylədin. 1 ildir ki, Rza qızımda 1 dəfə belə üz-üzə gəlmədilər və görüşmədilər. Görüşdürmərəm də, zatən bu iş bitib”.
Rza Zərrab bildirib ki, keçən həftə Günelin evinin qarşısında şəklin çəkilməsi onun üçün qurulan bir tələ olub: "Günelin atası ilə söhbət zamanı səsyazma studiyasına gedəcəyini söyləmişdim. Allah məni qəhr etsin ki, o gün həmin küçədəki studiyaya getdim. O, Günellə birgə olduğu vaxt Ebru Gündeşlə əlaqəsinin olmadığını da dilə gətirib:” Atası da buradadır, Güneldən çoxdan ayrılmışdım. Bizim Günellə ayrılığımızın başqa səbəbi var və Ebru Gündeşlə münasibətlərimizdən 2 ay əvvəl baş vermiş bir olaydır. Ancaq Günel də bilir ki, mən Ebru Gündeşin heyranı idım”.
Bu yerdə Günelin atasının müdaxiləsi ciddi qalmaqal yaradır. Rəhman Zeynalov deyir ki, onun qızını hamı tanıyır, Ebru Gündeşin də hansı yuvanın quşu olduğunu hər kəs bilir. Rza Zərrab isə onun üstünə yüksək səslə qışqırır: "Mənə sən deyil, milyon sənin kimisi bir araya gəlsə də, Ebru Gündeşə tək bir söz söyləyə bilməz. Ebru Gündeş haqqında bir kəlmə söz söyləsən, bu işin sonu sənin üçün pis olar. Ebru Gündeş məni həyatımdakı qadındır”.
"Günelin atasının ev kirayəsini hələ də mən ödəyirəm”
Rza Zərrab Günelin olduğu qadın salonuna gələrək atəş açmasını da inkar edib və həmin qadın salonunun sahibini də otağına çağırtdırıb. O şəxs də bunu yalan adlandırıb, həmin gün Rza Zərrabın Günelin qadın salonuna olan 800 dollar borcunu ödədiyini bildirib. Rza Zərrab Günelin atasına çevrilərək, onların bu gün yaşadığı evin kirayəsini, digər xərclərini belə ödədiyini bildirib. O, Günelin hazırda sürdüyü avtomobilin belə ona aid olduğunu qeyd edib və bununla bağlı sənədləri ortaya qoyub: Məni üzən Günelin o avtomobilin atasına aid olduğunu söyləməsi yox, məni avtomobilimdən istifadə edərkən haqqımda bu qədər yalan və pis danışmasıdır. Artıq bizdən əl çəksin.
"Məni aldatdığı üçün ondan ayrıldım”
Rza Zərrab Güneldən ayrılmasının əsasında onun xəyanətinin durduğunu da ilk dəfə açıqlayıb: "Məndən əvvəl Günel Ramin adlı bir nəfərlə 3 il sevgili olub. Ramin Günellə sevgili olduğu zaman Ulduz adlı bir qızın hamilə qalmasına səbəb olub. Ramin Ulduzla evlənmək məcburiyyətində qalıb və Güneldən ayrılıb. Günellə münasibətlərimizin 4-cü ilində bir restoranda idik. Anası da orada idi. Mən həmin vaxtlar Dubayda yaşayır, Günel üçün arada İstanbula gəlirdim. Restoranda oturarkən birdən onun telefonuna SMS gəldi, qəfil telefonu aldım. Telefonda "Aşkım, səni seviyorum” məzmunlu mesaj vardı. Mesajı göndərən Günelin məndən əvvəlki sevgilisi idi. Dərhal Ramini aradım və telefonun səsini ucaltdım”.
Rza Zərrab bildirib ki, Ramin ona bir ay əvvəl Günel üzündən həyat yoldaşı Ulduzdan boşandığını söyləyib: "Ramin dedi ki, Günel mütəmadi onu arayaraq, sevdiyini dilə gətirib və həyat yoldaşı da bunu öyrəndiyi üçün 1 ay əvvəl boşanıb. Günel bütün bunlara bir cavab vermədi. Mən sonradan Ulduzu Azərbaycanda tapdım və bunun həqiqət olduğunu öyrəndim. Mən Günelin bu səhvini əfv etdim”.
Rza Zərrab Güneldən ayrılmasını da günahkarının elə onun özü olduğunu vurğulayıb: "Günel son zamanlar davamlı olaraq evdə məndən ayrılacağını söyləyirdi. Bir gün MSN qeydlərinə baxdım. Bir başqasına da məndən ayrılacağını yazırdı. Nədən bir qız başqa bir kişiyə eyni evdə yaşadığı sevgilisindən ayrılacağını və bütün baş verənləri anladır? Yazışma qeydlərini Günelin atasının qarşısına qoydum. Rəhman bəy indi də onların sadəcə, dost olduqlarını söyləyir. Bu, mənim dostluq anlayışıma sığmır. Bu, mənim üçün son nöqtə oldu”.
"Ebrunun övladımın anası olması üçün hər şey edərəm”
O, Güneldən ayrıldıqdan aylar sonra Ebru Gündeşlə birgə olduqlarını deyib: "Hər qadın Ebru Gündeşdən dərs almalıdır. Uşağımın anası olması üçün ona hər şeyimi verərəm. Etiraf edirəm, Günellə olduğum dövrdə onu çox aldatdım, amma hər dəfə 1 həftə sonra üzülərək geri qayıtdım. Günel indi mənim ondan ayrılmağımı qəbul edə bilmir və buna görə də Ebru Gündeşlə aramı pozmaq istəyir. Bir dəfə azərbaycanlı bir dostumun toyunda olarkən Günelin atası məni aradı, kəllə-paça yemək üçün çağırdı. Dedim ki, qızın oyun oynayır, mənə zəmanət verdi. Yemək yediyimiz zaman Günel gizlicə mənim telefonumdan Ebru Gündeşə mesajlar yazıb. Məsələn, yazıb ki, "Ebru, mən Günelə çox aşiqəm, bu iş bitib, məni arama”.
Rza Zərrab otağa Günelə onun telefonunu verən, bu əməlinə görə oteldə işindən qovulan qızı da çağırır. Qız ona Günelin 500 dollar verdiyini və buna görə Rzanın telefonunu bir müddət Günelə verdiyini təsdiqləyir.
Günelin atası jurnalisti ölümlə hədələyib
Rəhman Zeynalov isə həmin vaxt otaqda jurnalisti təhdid edir: "Mənim qızım haqqında verilən bu açıqlamalardan tək bir kəlməni yazanın başına bir güllə vuraram, səni öldürərəm”.
Jurnalistin bu təhdiddən çəkinmədiyini gördükdən sonra Rəhman Zeynalov ofisdən çıxır. Rza Zərrab daha sonra Günelin son albomunu hazırlayan Sezgin bəyi arayır. Sezgin bəy də bu albomun xərclərini Rza Zərrabın çəkdiyini təsdiqləyir.
Anası: "Ebru Gündəş bizim qızımızdır”
Jurnalistin Rza Zərrabın anasının Ebru Gündeşi qəbul etməməsi ilə bağlı sorğusu da cavablandırılıb. Rza Zərrab anasını telefonla arayıb. Anası isə Ebru Gündeşi deyil, Güneli, onun ailəsini qəbul etmədikləri, bu səbəbdən 3 il övladları ilə küsülü qaldıqlarını bildirib və Ebru Gündeşi qızları kimi qəbul etdiklərini dilə gətirib.
Rza Zərrab Güneli ifşa etmək üçün göstərdiyi sənədləri Ebru Gündeşə göstərmədiyini, zatən Ebru Gündeşin də bu kimi şeylərlə maraqlanmadığını bildirir.
Qeyd edək ki, jurnalistin müsahibəsi Rza Zərrabın otağında video görüntüyə alınıb.
Категория: Xəbərlər | Просмотров: 1921 | Xəbərin müəllifi: Fanat_Brilliant | Рейтинг: 6.4 |
Всего комментариев: 6
6  
sapi ozumuzdendir))))))))

5  
bir buna baxin e, deyir ki, men Guneli defelerle aldatmisam.sonra qayitmisam, ama Gunel meni aldada bilmez, Ebru Gundes 100le firlanib, 101-cisi de sen ol.usagina ana kimi cox namuslu, ismetli, qadin secmisen, halal olsun.

4  
Bu oglan da acab geyratsizdir. Bir buna bax,TV programinda mahkama gurub,ela hamin gunda da hamini tapib gatizdirib ora. Axmag. Bununla Ebrununki 1 ildan chox surmaz!!!
PS: magalada chox xirda bir detal var. Gunelin dalinca surunanda hami onu azerbaijanli kimi tagdim edirdi. Indi olub IRan Asilli...HA HA HA

3  
Gunele pul xerclemelidir da. Cavan qesheng qizdir . Ebru Gundesh nenem yashindadir.

2  
Gunelin Adi yok mahnisinin sozlerini de ele Rza Zerrab yazib

1  
Ebru Gundeshi gelin kimi qebul eden aile indi ne gundedir?
Yashca da ozunden boyukdur...

Конструктор сайтов - uCozCopyright MyCorp © 2007