Четверг, 25.04.2024, 14:17
| RSS
Главная страница
Меню сайта
Разделы новостей
Music [251]
Mp3 musiqilər
Video [194]
Kliplər və video roliklər
Foto [88]
Photolar ve Divar kağızları
Xəbərlər [83]
Minuslar [19]
Yerli və xarisi minusovkalar
Наш опрос
№1 Bozbaş müğənni kimdir?
Cavablar: 3963
Форма входа
Календарь новостей
«  Февраль 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
Поиск по новостям
Друзья сайта

YouTube.com
videolar

Orijinal Minusovkalar

W.Trio - Ay ləli
Ayan Babakişiyeva
Aygün Kazımova

Adminlə əlaqə

Статистика
null
Начало » 2010 » Февраль » 22 » NEXT Elnarəni kölgədə qoydu
NEXT Elnarəni kölgədə qoydu
NEXT Elnarəni kölgədə qoydu

Dünən Face Klub-da müğənni Elnarənin və NEXT qrupunun konserti baş tutdu. Vaxtından bir saat gec başlayan konsert Elnarənin ötən ilin hit mahnısı "Ay qız oyan” ifası ilə açıldı. Bundan sonra səhnəyə Azərbaycan şou-biznesindən tamam fərqli imicdə 5 gənc- NEXT qrupu çıxdı. Gənclər görüntüləri ilə bərabər ifaları ilə də qonaqları təəccübləndirməyi bacardılar.
Konsert əvvəlcədən anons edildiyi kimi dəmir barmaqlıqlar arasında deyil, parıltılı dekorasiyadan ibarət səhnədə oldu. Amma, deyə bilərik ki, müğənni Elnarənin və qrupun söz verdikləri sürprizlər özünü doğrultdu.
Belə ki, konsertin birinci bölməsində yaşıl rəngli uzun gecə paltarında səhnəyə çıxan Elnarə, ikinci hissədə ailə qurmazdan əvvəlki imicinə qayıtdı. Müğənninin ara mahnıların ifaçısı kimi tanınan İbrahim Borçalının "Həyatım sənindir” mahnısını ifa etməsi sürpriz olmasa da alqışlarla qarşılandı. Sürprizlərdən biri üz qabığında Elnarə və NEXT qrupunun fotosu olan jurnalın hərraca qoyulması oldu. Simvolik keçirilən hərracda jurnala qoyulan ilkin qiymət 6.000 , son qiymət isə 15.000 manat oldu.
Qrupun repertuarındakı mahnıların adı sözün əsl mənasında sürpriz oldu. "Tez ol soyun”, "Səni öldürəcəm” mahnıları adları kimi ajiotaj yarada bildi.
Konsertə dəvət olunan müğənnilər Röya, Zamiq, İbrahim Borçalı və xalq artisti Faiq Ağayev çəkilişə gələn televiziyalara müsahibələrini verib məclisi tərk etdilər. Digər sənətçilərdən fərqli olaraq konserti sonadək izləyən müğənni Rəhim Rəhimli "Nəhayət Azərbaycanda dünya standartlarına uyğun qrup yaradıldı. Uşaqların imiclərindən tutmuş ifalarınadək hər bir şey möhtəşəmdir. Məndə elə bir təəəssürat var ki, hansısa dünya şöhtərli qrupun konsertini izləyirəm. NEXT iki mahnısını "raskrutkaya” buraxsa, Heydər Əliyev Sarayını doldura bilər”, deyərək məftunluğunu gizlətmədi.
Qrupun rəhbəri Hüseyn Cavadzadə NEXT-in bütün mahnılarının Ukraynada aranjiman olunduğunu və oradakı səsyazma studiyasında yazıldığını bildirdi.
NEXT qrupu yeni yarandığından gələn qonaqlar əsasən 10 ilə yaxın səhnədə olan Elnarənin sorağına təşrif buyurmuşdular. Lakin səhnəyə çıxan qrupun öncə imici, ardınca isə ifaları hər kəsin heyrətinə səbəb oldu. Qrup ilk ifasından başlayaraq qonaqların diqqətini cəlb etməyi bacardı.
Anşlaqla keçən konsertdə demək olar ki, NEXT qrupu Elnarəni kölgədə qoydu.

Категория: Xəbərlər | Просмотров: 997 | Xəbərin müəllifi: Fanat_Brilliant | Рейтинг: 6.7 |
Всего комментариев: 3
3 azeribeyonce  
0
heyif gede bilmedim. gelen defe mutleq gedecm

2 lanacana  
0
menim de refiqem olub terifleyirdi yaman

1 Billi  
0
Full kecib konsert hele belesi olmamishdi NEXT ugurlar....xebere gore xususi teshekkur.....

Конструктор сайтов - uCozCopyright MyCorp © 2007