Четверг, 25.04.2024, 23:07
| RSS
Главная страница
Меню сайта
Разделы новостей
Music [251]
Mp3 musiqilər
Video [194]
Kliplər və video roliklər
Foto [88]
Photolar ve Divar kağızları
Xəbərlər [83]
Minuslar [19]
Yerli və xarisi minusovkalar
Наш опрос
№1 Bozbaş müğənni kimdir?
Cavablar: 3963
Форма входа
Календарь новостей
«  Март 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031
Поиск по новостям
Друзья сайта


YouTube.com
videolar










Orijinal Minusovkalar

W.Trio - Ay ləli
Ayan Babakişiyeva
Aygün Kazımova


Adminlə əlaqə


Статистика
null
Начало » 2010 » Март » 13 » FAiq Agayev - Bioqrafiya + Photos
FAiq Agayev - Bioqrafiya + Photos
Faiq Ağayev
Bioqrafiya + Fotolar
Ağayev Faiq Balağa oğlu - müğənni, Azərbaycanın Xalq Artisti.
 

Faiq Ağayev 1971-cı il dekabrın 29-da Bakıda anadan olmuşdur.
Faiq Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin ildə "Bakı Payızı ’88" Respublika müsabiqəsində qalib gəlməklə səhnə karyerasında önəmli bir addım atmışdır. Bu müsabiqədən sonra "Qizil Payiz ’89" Respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk ’90" müsabiqəsində, Beynəlxalq "Yalta ’92" televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır.
1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr aktyoru" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən sonra o, Klavdiya Şuljenko adına "Xarkov ’95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" - Mogilyov ’96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir. Bundan sonra Faiq Ağayevin səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən o, Azərbaycan Dövlət Tele-Radio Verilişləri Şirkətinin solistidir. 1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 1999-cü ildə buraxılan "Faiq Ağayev - Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu…" və 2002-ci ildə işıq üzü görən "Tam məxfi" albomları müğənninin diskoqrafiyasını davam etdirir.
1998-ci ildə Faiq "İlin Konserti" nominasiyasında, 1999-cu ildə isə "Dəşti " klipinə görə "İlin Klipi" nominasiyasında "Humay" Milli Mükafatının sabibi olur. 2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə Faiq Ağayev " Əməkdar Artist " fəxri adı ilə təltif olunub.
2000-ci ildə "İlin Müğənnisi" nominasiyasında "Qizil Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin Müğənnisi", "İlin albomu" ("Minilliyin sonu...") və "İlin Konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında Mükafat sahibi olur.
Pərəstişkarlar arasında " Cənab Qızıl Şlyager " adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 120-dən çox solo konsert verib.
2007-ci il 07-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində absolyut rekord imzalamış olmuşdur.
2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın " Xalq Atisti " fəxri adı ilə təltif olunub.
 
Категория: Xəbərlər | Просмотров: 1730 | Xəbərin müəllifi: admin | Рейтинг: 10.0 |
Всего комментариев: 1
1 Ay_ishigi  
0
Faiq Agayev super mugennidir.Sesine soz ola bilmez.Daniwiq qabilliyyeti,dunya goruwune gore mence bawqa mugennilerimiz ondan numune goturmelidir.Tekce mugennilik sahesinden deyil bir cox sahelerden hemcinin siyasetden bawi cixir.Ona quyu qazanlar axirda ozleri oz quyularina duwecekler.100%F.A sizin fanat ordunuz hemiwe sizinledir.

100% F.A


Конструктор сайтов - uCozCopyright MyCorp © 2007