|
Super
Ayan Babakişiyeva
mp3 + bioqrafiya
mus: Faiq Sücəddinov
söz: Samirə Bağırlı |
Ayan Babakişiyeva 1989-cu il aprelin 12-də Gəncə şəhərində anadan olmuşdur. Onun nənələrindən biri Dərbənd əsilli dağ yəhudisi olub.
Səhnəyə 2006-cı ildə efirə çıxan musiqisi Elçin İmanova, sözləri Nüsrət Kəsəmənliyə, klipin rejissorluğu Aqil M. Quliyevə məxsus "Sənin xatirinə" mahnısı ilə gəlmişdir. 2008-ci ildə ifa etdiyi "Yağış" adlı mahnısı uzun müddət yerli fm radiolarda liderliyi qoruyub saxlamışdır. 2009-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin məhsuldar müğənnisi" mükafatını almışdır. Ayan Babakişiyeva dağ yəhudilərinin etnik musiqisini professional şəkildə təqdim edən ifaçılardandır. 2008-ci il noyabrın 6-da ərsəyə gətirdiyi ilk "Yağış" albomunda musiqisi Elçin İmanova sözləri Şaul Siman Tova aid "Giroştə ruzho" daha sonra isə musiqisi Kamala və sözləri Dmitri Raxanayevə məxsus "Dül ə pəsə" (Nigaranam) mahnıları dağ yəhudiləri tərəfindən çox sevilib.
|